Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə qurumun akademik üzvü seçilib.
Deputat həmçinin Almaniyada yerləşən Avropa Təbiət Elmləri Akademiyası tərəfindən də təltif edilib. Azərbaycan Milli Məclisinin deputatına "Senator ulduzu" ordeni verilib.
Dünən Berlində “Hilton” otelində hər iki qurum deputata diplom, orden verib
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və səfirliyin əməkdaşları, hər iki akademiyanın rəhbərliyi, həmçinin bu ölkənin tanınmış ictimai-siyası xadimləri iştirak edib.
E.Quliyev 28 saylı Sabunçu III seçki dairəsindən Milli Məclisin deputatı, "Azərittifaq"ın sədridir.
E.Quliyev həm də tanınmış alimdir. O, 2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilərək "Qızıl ulduz" medalı ilə təltif olunub.
2009-cu ildə Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib və Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Avropa Taclı Xidmət" ordeni ilə mükafatlandırılıb.
2010-cu ildə isə E.Quliyev İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Romanın fəxri alimi adına layiq görülüb.
Modern.az