Modern.az

Fəzail Ağamalı eks-prezidentlərlə bağlı qanunun Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxdı

Fəzail Ağamalı eks-prezidentlərlə bağlı qanunun Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxdı

5 Oktyabr 2011, 19:38

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində “Azərbaycan Respublikasi Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikası Konstitusiyası qanunu” layihəsi müzakirə olunub. Eks-prezidentlər haqqında qanunun müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı qanuna irad və təkliflərini səsləndirib.

Millət vəkili qanunun Ayaz Mütəllibova şamil olunmasının əleyhinə olduğunu bildirib: “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, Azərbaycan SSRİ-nin  varisi deyil. Ayaz Mütəllibov isə sovet dövründə Azərbaycan SSR-nin prezidenti “seçilmiş” şəxsdir və bu vəzifə də digər vəzifələr kimi Kreml tərəfindən müəyyənləşirdi. Söhbət müstəqil Azərbaycandan gedirsə sovet dövrünün nomenklaturasına müstəqil Azərbaycanın eks-prezidenti statusu verilə bilməz. Ona  eks-prezident statusu səlahiyyətinin verilməsi müstəqillik uğrunda minlərlə şəhid verən Azərbaycan xalqına həqarətdir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı