Modern.az

Deputat ad gününü qeyd edib

Deputat ad gününü qeyd edib

Parlament

8 Oktyabr 2011, 09:26

Milli Məclisin 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Əli Hüseynli doğum gününü qeyd edib. Millət vəkilinin 43 yaşı tamam olub.
Modern.az saytının məlumatına görə, Əli Məhəmməd oğlu Hüseynli 1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Bakı  Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədidir.

1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləyib. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışıb, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi olub.

Ə.Hüseynli artıq 3-cü çağırışdır ki, Milli Məclisin deputatıdır. O, 2000-ci ildə 96 saylı Cəlilabad şəhər, 2005-ci ildə 49 saylı  Yevlax-Mingəçevir seçki dairəsindən deputat seçilib. 2010-cu ildə təkrar olaraq 49 saylı  Yevlax-Mingəçevir seçki dairəsindən Milli Məclisə mandate qazanıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir.

Evlidir, 2 övladı var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı