Modern.az

Azay Quliyev QHT Şurasının sifaişilə hazırlanan layihələrdən danışıb

Azay Quliyev QHT Şurasının sifaişilə hazırlanan layihələrdən danışıb

14 Oktyabr 2011, 17:28

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəsi xanım Aliyə Əzimova ilə görüşüb.

Şuradan Modern.az saytına verilən məlumata görə, görüşdə qanunvericilik məsələlərilə bağlı fikir mübadiləsi aparılıb.

 A.Quliyev Şuranın sifarişilə QHT qanunvericiliyi sahəsində hazırlanmaqda olan qanun layihələri haqda danışaraq qeyd edib ki,  “Peşə cəmiyyətləri haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Korporativ sosial məsuliyyət haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələri indi ilkin müzakirələrə hazırlıq mərhələsindədir.

Görüşdə QHT qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində Şura ilə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı