Modern.az

Bahar Muradova: "Biz hakimiyyət dəyişikliyinə imkan verməyəcəyik"

Bahar Muradova: "Biz hakimiyyət dəyişikliyinə imkan verməyəcəyik"

18 Oktyabr 2011, 14:47

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edən vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycana hər yerdən təhlükə var.
“Ən əsası bu günə qədər nəyin bahasına olursa olsun öz maraqlarını reallaşdırmaq istəyən vətəndaşlarımızdan gələn təhlükə var. İmkan vermək olmaz ki, onlar gələcəkdə Azərbaycanda hakimiyyətə gəlsinlər".

Xalqın hakimiyyət dəyişikliyinə imkan verməyəcəyini vurğulayan B.Muradova daha sonra əlavə edib: “Buna biz imkan verməyəcəyik. Çünki biz Heydər Əliyev yolu ilə gedən İlham Əliyevin arxasındayıq. Ona dayağıq, ona söykənirik və ona hər zaman dəstək verəcəyik”.
B.Muradova 1991-ci ildə Azərbaycanın müstəqilliyinə 43 deputatın imza atdığını xatırladaraq deyib ki, onların xidmətini danmaq olmaz.

Jurnalistlərə açıqlamasında isə B.Muradova istiqlalçı deputatların parlamentin bugünkü xüsusi iclasına dəvət edilməməsini belə izah edib: “Milli Məclisin bugünkü iclası parlamentdaxili müzakirələr olduğu üçün toplantıya ancaq millət vəkilləri və aparat əməkdaşları dəvət olunub. Ona görə də əlavə heç kim dəvət edilməyib”.

İstiqlalçı deputatlardan olan Arif Hacılının azadlığa buraxılması haqda təkliflərə münasibət bildirən vitse-spiker “insanlar xidmətlərinə görə mükafat aldıqları kimi, əməllərinə görə də hüquqi qiymət almalıdırlar” deyə bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı