Modern.az

Deputat Etibar Hüseynovdan maraqlı təklif: "Himnin sözlərindən imtina edək..."

Deputat Etibar Hüseynovdan maraqlı təklif: "Himnin sözlərindən imtina edək..."

18 Oktyabr 2011, 16:37

Milli Məclisin oktyabrın 18-də keçirilən iclasında çıxış edən deputat Etibar Hüseynov maraqlı təklif irəli sürüb.
Modern.az saytının məlumatına görə, deputat keçmiş Azərbaycan SSR-nin dövlət himnindən istifadəyə dair təklif səsləndirib. O, Azərbaycan SSR-nin himninin sözlərinin Süleyman Rüstəm, musiqisinin dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yazıldığını xatırladıb. E.Hüseynov deyib ki, bu himnin sözlərindən imtina etməklə musiqisindən istifadə etmək olar.

Etibar Hüseynov bildirib ki, musiqinin siyasi məsələyə aidiyyatı yoxdur. Sözlərindən imtina etməklə Azərbaycan SSR-nin himninin Bakı şəhərinin himni kimi qəbul etmək olar.
«Mən internetdə SSRİ respublikalarının keçmiş himnlərinə qulaq asdım. Mətndən imtina edilmək şərti ilə biz Üzeyir bəyin musiqisini Bakı şəhərinin himni elan edə bilərik. Hər dəfə Bakıda müxtəlif tədbirlərdə dövlət himnini ifa edilməsindənsə Bakının himninin ifa edilməsi daha məqsədəuyğun olardı».

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı