Ona görə dövlət müstəqilliyinin qeyd olunması tarixinə yenidən baxmağı və bu bayramı 30 avqustda keçirməyi təklif edərdim. Kimlərsə həm həmin dövrdə, həm də indi özlərini müstəqilliyin həqiqi mübarizləri elan etmək istəyirlər. Bununla bərabər KİV-lərdə də yalnız Konstitusiya Aktına imza atan 43 nəfərin adı çəkilir. Hətta bəziləri həmin şəxslərə milli qəhrəman adı verilməsini təklif edirlər. Onda nəyə görə bu adı Ali Sovetin bütün 360 deputatına təqdim etməyək, axı onlar demək olar ki, tam tərkibdə 30 avqust 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannaməyə səs veriblər. Yeri gəlmişkən, bu sənədə Azərbaycan Ali Sovetininsədri Elmira Qafarovanın imzaatmışdır. Hesab edirəm ki, bu mərd qadının milli parlamentarizm tarixindəki və ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin əldə olunmasındakı rolu lazımınca qiymətləndirilməyib... Müstəqilliyin əldə edilməsi ilə postsovet məkanındakı yeni müstəqil dövlətlər qarşısında daha çətin vəzifələr qoyulmuş oldu. Müstəqilliyi nominal əldə etməklə yanaşı, keçmiş sovet respublikaları de-fakto müstəqil olmaq hüququnu da beynəlxalq arenada təsdiq etməli idilər. Müxtəlif dövlətlər bu 20 ili müxtəlif cür yaşamışlar. Kimlərsə Avropa Birliyinə və NATO-ya üzv ola bilmiş, kimləri isə hətta Avropa Şurasının həndəvərinə də buraxmırlar, kimlərdəsə fasiləsiz hakimiyyət dəyişikliyi baş verir, rəngarəng inqilablar və çevrilişlər hələ də davam edir, kimlərsə tam və ya qismən Rusiya qazı və neftinin tədarükündən asılıdır, kimlərsə rus hərbi və iqtisadi mövcudluğu olmadan yaşaya bilməzdi (bizim qonşu ermənilər kimi). Qısası, heç də bütün keçmiş SSRİ respublikaları de-yure müstəqilliklərini de-fakto formatında təmin edə bilmədilər. Bunun əksinə olaraq Zaqafqaziya regionunda dövlət müstəqilliyinin nümunəvi modelini Azərbaycan nümayiş etdirir. Dünya ekspertlərinin qiymətləndirməsinə görə, son illər respublika möhtəşəm texnoloji və müasirləşmə sıçrayışı əldə edib. Bu gün Azərbaycan – maliyyə böhranının, fasiləsiz inqilabların və mülki əhaliyə terror hücumlarının baş verdiyi çalxalanan dənizdə siyasi-iqtisadi stabillik olan kiçik bir adacıqdır. Biz çətin dünyada və bəsit olmayan çevrədə yaşayırıq. Bizim dostlarımız çoxdur, amma bizi arzulamayanlar da az deyil. Bunlar Azərbaycanda da bənzər qlobal və nəticəsi çətin ehtimal olunan “inqilabi qarışıqlıq” yaratmağa cəhd edirlər. Biz onlara imkan verməməliyik ki, buna nail olsunlar. Fitnəyə uymamalıyıq. Biz hamımız artıq bu yolu keçmişik. Müstəqilliyin dəyəri bizim azadlığın dəyəridir. Bu bizim ailələrin, uşaqlarımızın, gələcəyimizin firavanlığının və təhlükəsizliyinin qiymətidir. Biz hamımız onu göz bəbəyimiz kimi qorumalıyıq. Modern.az Modern.az saytının məlumatına görə, Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova çıxış edərək dövlət müstəqilliyinin elan edilməsi tarixini 30 avqusta keçirməyi təklif edib. Modern.az deputatın çıxışını təqdim edir:
- Emosiyalardan uzaqlaşıb faktlara nəzər salsaq, görərik ki, keçmiş SSRİ-də suverenlik və dövlət müstəqilliyi məsələləri əhəmiyyətli dərəcədə “aşağıların” deyil, “yuxarıların” təşəbbüsü olub. Paradoksal səslənsə də, Sovetlər Birliyinin süqutunun hərəkətverici qüvvəsi sovet respublikalarındakımərkəzdənqaçma tendensiyası deyil (əlbəttə onlar da var idi), bir tərəfdən Kremlin fərasətsiz siyasəti, digər tərəfdən M.Qorbaçovla B.Yeltsinin qarşıdurması idi. Dəyişiklik havasını ilk hiss edən və keçmiş SSRİ-də ilk olaraq öz suverenliyinin bərpası haqqında tarixi qərar qəbul edən istisna kimi Pribaltika dövlətləri oldu. Belə ki, 11 mart 1990-cı ildə öz müstəqilliyini Litva, 4 mayda isə Latviya elan etdi. 12 iyun 1990-cı ildə Rusiyada dövlət suverenliyi haqqında Deklarasiya bəyan edildi.Bütün bu proseslərSSRİ-nin süqutunu qaçılmaz etdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsinə gəldikdə isə, ölkə üçün tarixi əhəmiyyət daşıyan bu hadisə keçmiş SSRİ dövlətlərinin çoxundan sonra baş verdi. Bunun da əsas səbəbi o idi ki, respublikaya Moskva yönümlü, hər zaman Kremlə nəzər salmaqla fəaliyyət göstərən Ayaz Mütəllibov hakimiyyəti rəhbərlik edirdi. Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi barədə “Bəyannamə” 1991-ci il avqust ayının 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edildi. Məhz həmin günü həqiqi mənada milli müstəqilliyin əldə edilməsi günü kimi qəbul etmək olardı. Çünki 18 oktyabr 1991-ci il Konstitusiya Aktı sadəcə olaraq müstəqilliyin siyasi, iqtisadi və hüquqi əsaslarını təyin etdi. Yeri gəlmişkən, keçmiş SSRİ-nin bir çox respublikalarında məhz Bəyannamənin qəbul olunduğu gün dövlət bayramı kimi qeyd olunur. Beləliklə də biz o vaxtkı siyasi konyuktura hesabına müstəqillik bayramımızı başqa respublikalarla müqayisədə az qala 2 ay gec qeyd etməyə məhkumuq. Hətta bir sıra Mərkəzi Asiya respublikaları belə bizdən öndə oldular.