Modern.az

Azay Quliyev: “Buna necə yumşaq baxmaq olar?”

Azay Quliyev: “Buna necə yumşaq baxmaq olar?”

18 Oktyabr 2011, 19:33

Bu gün Milli Məclisdə müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı müzakirələrdə deputat Azay Quliyev çıxış edərək səsləndirilən bir fikrə etirazını bildirib.

Deputat öncə “Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun müstəqil dövləti var. Ölkədən kənara çıxanda müstəqil Azərbaycanın vətəndaşları olduğumuz üçün hörmətlə qarşılanırıq. Bundan böyük xoşbəxtlik ola bilməz”-deyə qeyd edib.

“Ancaq burada bir fikir səsləndi. Mən ona münasibət bildirmək istəyirəm. Qeyd edildi ki, 1991-ci ildə baş verən hadisələrə yumşaq münasibət bildiriməlidir. Bu, yanlış fikirdir. Tarix unutqanlığı bağışlamır. Hər kəsin gördüyü işə konkret münasibət olmalıdır. O zaman məhz yol verilmiş səhvlər nəticəsində Azərbaycanın taleyi sual altında idi. Buna necə yumşaq baxmaq olar”-deyən deputat o zamankı situasiyadan yeganə şansın mərhum Prezident Heydər Əliyevin Bakıya dəvət edilməsi olduğunu dilə gətirib: “Umümmilli liderimizin siyasəti nəticəsində müstqilliyimizin əsası qoyuldu. İndi bu siyasətin nəticəsində görülən işlər, əldə edilən uğurlar göz önündədir. Növbəti illərdə isə bu uğurların davam edəcəyi şəksizdir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı