Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin dünənki iclasında torpaqlarımızın yalnız müharibə yolub ilə azad oluna biləcəyini deyib.
Modern.az saytı xəbər verir ki, öncə Azərbaycanın müstəqilliyi ilə bağlı məsələyə toxunan deputat hələ 1991-ci ildə ölkəmizin SSRİ-nin tərkibində qalmasına çıxan 43 deputatdan biri olduğu ilə bağlı fəxr duyduğunu bildirib.
Bundan başqa o, yeni yazılan tarixlə də bağlı fikir söyləyib: “Azərbaycanın yeni tarixi düzgün yazılmalıdır. Vaxt gələcək bu tarix açıqlacaq. 20 illiyi qeyd edirik. Qoy müstəqilliyimiz əbədi olsun. Müstəqilliyimizi əbədi edən amillərdən biri də ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1994-cü ilin sentyabrında Azərbaycanda imzalanan neft müqaviləsi oldu”.
Deputat “deyə bilmərəm ki, bü gün Azərbaycanda problem yoxdur. Var, hazırda bizdə vətəndaş cəmiyyəti tam bərqərər deyil. Elə məsələlər var ki, burada siyasi mənsubiyyətindən asılı olmayaraq hamılıqla bir arada olmaq lazımdır.
Qarabağ, Azərbaycanın işğal edilmiş digər rayonları azad edilməlidir.
Düz 17 ildir atəşkəsdir. Ancaq heç bir irəliləyiş yoxdur. Biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq. Ancaq birdəfəlik bilməliyik ki, torpaqlarımız yalnız müharibə yolu ilə azad oluna bilər. Qarşı tərəfin mövqeyi Azərbaycanı buna məcbur edəcək”.
Modern.az