Modern.az

Hansı deputatın işi sizi qane edir? - II SORĞU

Hansı deputatın işi sizi qane edir? - II SORĞU

25 Oktyabr 2011, 13:05


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran, millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı yeni sorğu keçirir. Bir neçə həftə davam edəcək sorğu müddətində hər dəfə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Ötən həftə əlifba sırası ilə ilk “15” deputatın adını təqdim etmişdik. Sırada yenə əlifba sıeası ilə ikinci 15 parlament üzvüdür. Aşağıdakılardan kimin fəaliyyətini bəyənirsiniz?

1. Muxtar Babayev
2. Azər Badamov
3. Gövhər Baxşəliyeva
4. Ərəstun Cavadov
5. Rafael Cəbrayılov
6. Aslan Cəfərov
7. Nizami Cəfərov
8. Əli Əhmədov
9. Vahid Əhmədov
10. Gülər Əhmədova
11. Valeh Ələsgərov
12. Adil Əliyev
13. Bəxtiyar Əliyev
14. Cəlal Əliyev
15. İlham Əliyev

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı