Modern.az

Türkiyədə "Qarabağ" kitabının təqdimatı olub

Türkiyədə "Qarabağ" kitabının təqdimatı olub

Parlament

29 Oktyabr 2011, 15:33

Oktyabrın 27-də Türkiyənin Mərmərə Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı “Azərbaycan günü” keçirilib. Tədbir çərçivəsində həmçinin Mərmərə Universitetinin tanınmış professoru Nəzrin Sarı Ahmetoğlunun “Qarabağ” kitabının təqdimatı olub.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat verib. Konfransda Məlahıt İbrahimqızı ilə yanaşı, Xankəndindən olan deputat Flora Qasımova da iştirak edib.

“Azərbaycanın müstəqliiyinin bərpasının 20 illiyinə həsr olunan konfransda ermənilərin tarixən Azərbaycan xalqına, Azərbaycan türklərinə, eyni zamanda Türkiyəyə qarşı apardığı məkrli siyasəti özündə əks etdirən “Qarabağ” kitabının təqdimatı oldu. Daha sonra universitetin ayrı-ayrı müəllim və professorlarının çıxışları oldu. Eyni zamanda həm mən, həm də Flora xanım məruzə ilə çıxış etdik”.

Universitetin 100-dən çoxu yaşı olduğunu deyən millət vəkili orada Avropadan, Asiyadan, MDB məkanından və bir çox dünya ölkələrindən tələbələrin təhsil aldığını və buna görə də belə bir tədbirin keçirilməsinin, eyni zamanda “Qarabağ” kitabının təqdmiatının əhəmiyyətli olduğunu vurğulayıb.

“Kitabın müəllifi çıxış edərkən onu ingilis dilinə tərcümə edilməsinin də nəzərdə tutulduğunu bildirdi. Müəllif özü 1992-ci ildə Xocalı faciəsi zamanı Bakıda və cəbhə bölgələrində olub, azərbaycanlılarla görüşüb. Elə onun özünün bu kitabda azərbaycanlılarla birlikdə kifayət qədər yaşantıları var”.

Məlahət İbrahimqızı “Qarabağ” kitabının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr edildiyini söyləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı