Modern.az

Hansı deputatın işi sizi qane edir? - III SORĞU

Hansı deputatın işi sizi qane edir? - III SORĞU

Parlament

31 Oktyabr 2011, 09:27


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğu keçirir. Bir neçə həftə davam edəcək sorğu müddətində hər dəfə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Artıq soyadları əlifba sırası üzrə ilk 30 deputatla bağlı sorğunu yekunlaşdırmışıq. Sırada yenə əlifba sırası ilə üçüncü “15-lik”dir. Aşağıdakılardan kimin fəaliyyətini bəyənirsiniz?

1. Nəriman Əliyev
2. Rauf Əliyev
3. Jalə Əliyeva
4. Kamilə Əliyeva
5. Mehriban Əliyeva
6. Əhliman Əmiraslanov
7. Oqtay Əsədov
8. Çingiz Əsədullayev
9. Ziyafət Əsgərov
10. Arif Əşrəfov
11. Cavanşir Feyziyev
12. Nazim Fərəcov
13. Sevinc Fətəliyeva
14. Xanlar Fətiyev
15. Asəf Hacıyev

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı