Modern.az

Siyavuş Novruzovun kapitanlığı ilə deputatlar "Neftçi"nin veteranları ilə yarışacaqlar

Siyavuş Novruzovun kapitanlığı ilə deputatlar "Neftçi"nin veteranları ilə yarışacaqlar

Parlament

1 Noyabr 2011, 12:01


Bu gün “Şəfa” stadionunda Milli Məclisin futbol komadası ilə “Nefçi” klubunun veterenları arasında futbol turniri keçiriləcək.

Məlumatı Modern.az saytına deputat Fazil Mustafa verib. O, qeyd edib ki, turnir “Neftçi”nin sabiq kapitanı, Azərbaycan futbolunun tanınmış simalarından olan İsgəndər Cavadovun 55 illik yubileyinə həsr olunub.

Qarşılaşmada deputatlardan Siyavuş Novruzov, Azay Quliyev, Qüdrət Həsənquliyev, Fuad Muradov, Zahid Oruc, Ülvi Quliyev, Adil Əliyev, Aslan Cəfərov, Fazil Mustafa və digərləri iştirak edəcəklər.

Milli Məclisin futbol komandasına kapitanlığı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov edəcək.

“Neftçi”dən isə oyuna Vəli Qasımov, Maşallah Əhmədob, İsgəndər Cavadov və digər tanınmış veteranlar qatılacaqlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı