Milli Məclisdən Modern.az saytına verilən xəbərə görə, qurumun növbəti plenar iclası noyabrın 22-də olacaq.
Həmin iclasda 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, büdcə layihəsi ilə bağlı sənədlər artıq deputatlara paylanıb, millət vəkilləri hazırda həmin sənədlərlə tanış olurlar.
Maliyyə Nazirliyi 2012-ci ilin büdcə layihəsini mətbuat vasitəsilə ictimai müzakiyə də təqdim edib.
2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.
Modern.az