Modern.az

Deputatın rayondakı tədbirlərdə iştirakı davam edir (FOTOLAR)

 Deputatın rayondakı tədbirlərdə iştirakı davam edir (FOTOLAR)

2 Noyabr 2011, 13:25

Deputat Novruz Aslanov hər həftə İsmayıllı rayon seçiciləri ilə görüşlər keçirir. Deputatın qərargahından verilən məlumata görə, xüsusilə, rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və yerli strukturların rəhbərləri ilə birgə kəndlərdə  keçirilən görüşlər daha çox seçicini əhatə edir. Belə ki, kənd sakinlərinin demək olar ki, əksəriyyəti belə səyyar görüşlərdə iştirak edir və müxtəlif mövzularda məsələlər qaldırırlar. Bəzi məsələlər yerindəcə həll edilir, digərləri barədə müvafiq strukturlara müraciətlər edilir.  Bunlarla yanaşı deputat rayonda keçirilən kütləvi tədbirlərə də qatılır.

Noyabrın 1-də Novruz Aslanov Soltankənd kəndinə içməli suyun verilməsi ilə bağlı, həmçinin, Hacıhətəmli kəndində kənd təsərrüfatı gününə həsr edilmiş tədbirlərdə iştirak edib. Tədbirdə çıxış edən millət vəkili kənd təsərrüfatı günü münasibətilə sakinlərə öz təbriklərini çatdırıb və bu sahənin inkişafı istiqamətiqdə dövlətin həyata keçirdiyi layihələrdən söhbət açıb.
Tədbirlərdə millət vəkili Ərəstun Cavadov da iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının da iştirak etdiyi bu tədbirlərdə rayonda yeni açılmış təsərrüfat obyektlərinin bundan sonra da davam edəcəyi vurğulanıb. 
Tədbirin sonunda kənd təsərrüfatı sahəsində fərqlənmiş rayon sakinlərinə fəxri fərmanlar və pul mükafatları verilib.




 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı