Modern.az

Sabiq deputatlar haradadırlar..? (I Yazı)

Sabiq deputatlar haradadırlar..? (I Yazı)

Parlament

3 Noyabr 2011, 14:31

Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə seçkilərin bir ili tamam olur. Son parlament seçkisindən sonra üçüncü çağırış Milli Məclisin üzvləri olmuş  38 nəfər deputat mandatı ilə vidalaşmalı oldu.  Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri axtarıb, hal-əhval tutub.

Qeyd edək ki, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi bəzi sabiq depudatların yeni işlə təmin olunması məsələsini xeyli çətinləşdirib. Çünki sabiqlərdən bəziləri dövlət orqanlarında rəsmi vəzifəyə təyinat alacaqlarını gözləyirdilər. Amma onların yaş həddi artıq bunu əngəlləyir.

Modern.az saytı sabiq deputatların hazırda hansı işlə məşğul olduğunu öyrənməyə çalışıb.

Sabiq deputadlardan ikisi - Əhəd Abıyev Daşkəsən, Eyvaz Qurbanov isə Oğuz rayonuna icra başcısı təyin olunub. Digər deputatların hansı işlə məşğul olmaları haqqında isə məlumat yoxdur.

Saatlı rayonunun keçmiş deputatı Gülhüseyn Əhmədov saytımıza bildirib ki, hazırda elmi işlə məşğuldur: “Ancaq onu deyə bilərəm ki, rəhbərlik nə məsləhət bilsə, mən də o cür hərəkət edəcəm”.

Cəlilabadın sabiq deputatı Aydın Həsənov hazırda rayonda olduğunu və işləmədiyini söyləyib. 

Beyləqan-İmişli bölgəsindən sabiq millət vəkili Əhəd Əhmədovdan da hazırda nə işlə məşğul olduğunu öyrənməyə çalışdıq. Cavabından məlum oldu ki, Ə.Əhmədov yenidən deputat seçilməməsindən və daha sonra rəsmi vəzifə ala bilməməsindən bərk incikdir: “Siz iş verirsiniz? İşiniz, gücünüz yoxdur? Bu barədə danışmaq istəmirəm”i.

Xaçmazın sabiq deputatı Lalə Abbasova isə bildirib ki, hələlik heç bir işlə məşğul olmur. Hətta deputatın çıxardığı qəzet və jurnalın da fəaliyyəti dayanıb.

Eks-millət vəkili Nizami Xudiyev isə Azərbaycan Pedoqoji Universitetinin müəllim kimi fəaliyyət göstərdiyini deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı