Modern.az

Rəbiyyət Aslanova: ""Ümummilli lider haqqında" qanun qəbul olunmalıdır"

Rəbiyyət Aslanova: ""Ümummilli lider haqqında" qanun qəbul olunmalıdır"

4 Noyabr 2011, 11:03

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın fikrincə, Azərbaycanda “Ümummilli lider haqqında” qanunun qəbul olunması olduqca vacibdir. Bununla bağlı Modern.az saytına açıqlamasında millət vəkili bildirib:

“Çünki bir sıra dövlətlərdə dövləti quran insanlarla bağlı qanun qəbul olunub. Ümummilli lider o şəxsiyyətə deyilir ki, dövlətin qurulmasında, yaşamasında və dünya miqyasına çıxarılmasında əvəzolunmaz xidmət göstərir. O, müstəqil dövlət quruculuğunda müstəsna xidmətə malik olan bir şəxsdir. Belə qanun bu mənada qanunvericilikdəki boşluğu doldurmaq, gələcək nəsillərin örnək olaraq kimə müraciət etmək baxımından çox zəruridir. Bu, həm də statusun Azərbaycan gerçəkliyində formalaşması olacaq. Heydər Əliyev digərlərindən fərqli olaraq dövlət qurub, onun oturuşmasında müstəsna xidmət göstərib. Ona görə də sabiq prezidentlərlə bağlı qanun qəbul edildikdən sonra “Ümummilli lider haqqında” qanunun qəbul edilməsi tarixi zərurətdir”.  

  
Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı