Modern.az

Oqtay Əsədov Rusiya generalına medal verib

Oqtay Əsədov Rusiya generalına medal verib

10 Noyabr 2011, 09:52

Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Füzuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət general-leytenantı Aleksandr İvanoviç Voloxu Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə mükafatlandırıb.

Modern.az AzərTAc-a istinadən bildirir ki, Oqtay Əsədov Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə A.Voloxa təşəkkürünü bildirib və qeyd edib  ki, o, igidliyinə və vətəndaş mövqeyinə görə mükafatlandırılır: “Aleksandr İvanoviç Volox Azərbaycan xalqının dostudur. Hələ 1991-ci ildə Dağlıq Qarabağda separatçı silahlı dəstələr özbaşınalıqlar törədərkən Fizuli rayonunun komendantı olaraq Aleksandr Volox Sovet zabitinə xas olan əsl şücaət və igidlik nümunəsi göstərib. Onun köməyi ilə yüzlərlə Azərbaycanlı uşaq, qadın, qoca xilas edilib. O dəhşətli hadisələrdən 20 il keçib, xilas edilmiş uşaqlar böyüyüb və mən Azərbaycan xalqı adından Sizə minnətdarlığımı bildirmək istəyirəm”. 

General isə deyib ki, o vaxt mükafat haqqında düşünmürmüş: “Borcumuzu yerinə yetirirdik və mən xoşbəxtəm ki, belə yardım göstərmişəm. Bu mükafat ona görə qiymətlidir ki, o, mənə adamları öldürdüyümə görə deyil, onları xilas etdiyimə görə verilir. Ədalətli işlər tanınmalıdır və mən Azərbaycana minnətdaram. Düşünürəm ki, Azərbaycanımız bundan sonra da çiçəklənəcək və ədalət qalib gələcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı