Modern.az

Deputat Aydın Abbasov: “Onda Fransada, Almaniyada da siyasi məhbus var”

 Deputat Aydın Abbasov: “Onda Fransada, Almaniyada da siyasi məhbus var”

10 Noyabr 2011, 17:10

Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq məsələləri üzrə Komitənin iclasının gündəliyinə salınıb.  
Bu barədə Modern.az-a “İnsan Haqları Uğrunda” İctimai Birliyindən məlumat verilib.

Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü deputat Aydın Abbasov isə məsələyə bu şəkildə yanaşmanın əleyhinədir. O, hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur:

“Bu, Azərbaycana münasibətdə Qərbin ikili standartının nəticəsidir. Azərbaycan demokratiya yolunu tutub və inkişaf edir. Ancaq görünür Azərbaycandakı bu inkişafı gözü götürməyənlər də var. Belədirsə, onda biz də deyirik ki, Almaniyada, Fransada da siyasi məhbus var”.

Deputat bu fikri məruzəçi Kristofer Ştrasserin də diqqətinə çatdırdıqlarının bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı