Modern.az

Rektor-deputata ad günündə "Şöhrət" ordeni verildi

Rektor-deputata ad günündə "Şöhrət" ordeni verildi

10 Noyabr 2011, 21:24

Prezident İlham Əliyev Milli Məclisin deputatı, parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Ş.Hacıyevin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilsiyi bildirilib.

Modern.az-ın məlumatına görə, Ş.Hacıyevin təltif edilməsi həm də onun ad günü il bağlıdır. Belə ki, noyabrın 8-də deputatın 51 yaşı tamam olub.

Şəmsəddin Hacıyev 1950-ci il noyabrın 8-də Ucar rayonunda anadan olub. 1966-cı ildə Lək kənd orta məktəbini bitirib və həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olub. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilib. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olub və 1974-cü ildə təhsilini başa vurub. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 

Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifəsində çalışıb. 1981-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilib. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunub. 1993-1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996-2000-cı illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edib.

1980-cı ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-2001-ci illərdə T.Şevçenko adına Kiev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olub. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib

1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını alıb. 110-dan çox elmi əsərin müəllifidir.
3 noyabr 2004-cü il tarixində Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

6 noyabr 2005-ci il tarixində keçirilmiş parlament seçkilərində YAP-ın vahid namizədi kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2010-cu ildə yenidən 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilib. Hazırda parlamentin Elm və təhsil komitəsinin sədridir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı