Modern.az

Sabiq deputatlar haradadırlar? (II yazı)

Sabiq deputatlar haradadırlar? (II yazı)

Parlament

11 Noyabr 2011, 12:09

Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə seçkilərin bir ili tamam oldu. Son parlament seçkisindən sonra – ötən ilin 7 noyabrında üçüncü çağırış Milli Məclisin üzvləri olmuş 38 nəfər deputat mandatı ilə vidalaşmalı oldu.  Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri axtarıb, hal-əhval tutub.

Qeyd edək ki, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi bəzi sabiq deputatların yeni işlə təmin olunması məsələsini xeyli çətinləşdirib. Çünki sabiqlərdən bəziləri dövlət orqanlarında rəsmi vəzifəyə təyinat alacaqlarını gözləyirdilər. Amma onların yaş həddi artıq bunu əngəlləyir.

Modern.az saytı sabiq deputatların bir neçəsi ilə əlaqə saxlayaraq hazırda onların hansı işlə məşğul olduqlarını öyrənməyə çalışıb.

Gədəbəyin sabiq deputatı Nazim Məmmədov bildirib ki, hazırda rəsmi iş yeri yoxdur, ictimai işlərlə məşğuldur: “Əmək kitabcam hələ Milli Məclisdədir, yaxın günləndə götürəcəm. Müəyyən məsələrlə bağlı müxalifət nümayəndələri ilə debatlara çıxıram”.

Salyanın sabiq millət vəkili Əkrəm Abdullayev deyib ki, “Azəriqazbank”da çalışır. Bundan əlavə, keçmiş deputat qeyd edib ki, biznes fəaliyyəti ilə də məşğuldur. “Öz işlərimlə-biznes fəaliyyəti ilə məşğulam, demək olar ki, siyasətdən kənar bütün işlərlə məşğulam”.

Sabunçu rayonunun sabiq deputatı Fərrux Zeynalov isə qeyd edib ki, hazırda dincəlir, heç bir işlə məşğul olmur: “Bağda oluram, ağac əkirəm, nəvələrimlə vaxt keçirirəm, onları tərbiyələndirirəm, gəzməyə aparıram. Neçə illərdir başım dövlət işinə qarışmışdı, bu işlərlə məşğul ola bilməmişəm. İndi isə bu işləri görməyə çalışıram. Mən vaxtında yetərincə işləmişəm. İndi dincəlirəm”.  

Xankəndinin Milli Məclisdəki sabiq təmsilçisi Həvva Məmmədova bildirib ki, hazırda 90-cı illərdə başladığı müəllimlik peşəsini davam etdirir. Belə ki, keçmiş deputat indi Prezident Yanında Dövlət İdarəcilik Akademiyasında dərs deyir.

Lerikin sabiq deputatı Miri Qəmbərov deyib ki, hazırda rəsmi iş yeri var və buna uyğun da fəaliyyət göstərir: “Mən millət vəkili olduğum vaxt da “Azərkontrak”tın prezidenti idim. 1997-ci ildə prezidentin verdiyi fərmanla işin icrasına başlamışam. Hazırda da həmin vəzifəni yerinə yetirirəm”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı