Modern.az

Fəzail Ağamalı: “Mən bu qanunun Mütəllibova şamil olunmasının əleyhinə səs vermişəm”

Fəzail Ağamalı: “Mən bu qanunun Mütəllibova şamil olunmasının əleyhinə səs vermişəm”

Parlament

16 Noyabr 2011, 15:50

Milli Məclisdə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsi birinci oxunuşda səsverməyə çıxarılarkən 3 deputat sənədin əleyhinə səs vermişdi: Fəzail Ağamalı, Etibar Hüseynov və Zahid Oruc.

Dünənki iclasda isə eks-prezidentlər haqqında qanun layihəsinin ikinci oxunuşunun səsverməsində Zahid Oruc çıxış edərək bu sənədin əleyhinə səs verəcəyini deyib. Deputat səsvermədə bu qanun layihəsiin əleyhinə səs verib.

Deputat Etibar Hüseynov isə Modern.az-a açıqlamasında bildirib ki, onun fikrincə, bu qanun ölkədə milli birliyin, milli həmrəyliyin inkşafında böyük rol oynayacaq. Ona görə mövqeyini dəyişməli olub.
“Ötən dəfə bu qanun layihəsinin səsverməsin zamanı onun Ayaz Mütəlibov və Əbülfəz Elçibəyə şamil olmasının istəməyərək əleyhinə səs vermişdim. Mən indinin özündə də Ayaz Mütəlibovla, Əbülfəz Elçibəyi eks-prezident kimi qəbul  etmirəm. Amma onu da qeyd etmək istəyirəm ki, Əbülfəz Elçibəyin elə xidmətləri olub ki, onlar danılmazdı. Mən Əbülfəz Elçibəylə bağlı bir neçə məsələni qeyd etmək istəyirəm. Milli azadlıq hərəkatında Elçibəyin rolu çox böyük olub. Bundan başqa, 1992-ci ildə ölkə başçısız, rəhbərsiz qalanda bu ağırlığı Əbülfəz Elçibəyin öz çiyninə götürməsi, 1993-ci ildə hadisələrin pis vaxtında Azərbaycan hakimiyyətini Heydər Əliyevə təqdim etməsi və özünün Naxçıvana çıxıb getməsi... Onun bu addımlarını mən yaddan çıxarıb insafsızlıq edə bilmərəm”.

Deputat Fəzail Ağamalı isə saytımıza bildirib ki, qanun layihəsi maddələrlə səsə qoyulub: “Mən sənədin birinci fəslindən altıncı fəslinə qədər olan səsvermədə iştirak etməmişəm. 11 maddə səsverməyə çıxarılanda bunun əleyhinə səs vermişəm. Çünki belə bir qanunun üzərində cinayət işi olan Mütəllibova şamil olunmasına heç zaman səs verməmişəm”.

P.S. Yazı dərc olunandan sonra deputat Zahid Oruc redaksiyamıza telefon açaraq bu qanun layihəsinə qarşı çıxdığını, yeganə deputat kimi onun əleyhinə səs verdiyini dedi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı