Modern.az

Deputatdan nazirə təkliflər - müəllimlərin, həkimlərin maaşı artırılsın, "Azərenerji"yə nəzarət gücləndirilsin

Deputatdan nazirə təkliflər - müəllimlərin, həkimlərin maaşı artırılsın, "Azərenerji"yə nəzarət gücləndirilsin

18 Noyabr 2011, 15:52

Milli Məclisin komitələrinin Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclası zamanı millət vəkili Çingiz Qənizadə bir sıra məsələləri maliyyə naziri cənab Samir Şərifovun diqqətinə çatdırıb.
Modern.az-ın məlumatına görə, Ç.Qənizadə rayon və kəndlərdə əhalinin qurunt sularından əziyyət çəkməsi, şoran torpaqların yuyulması məsələsinə diqqət yetirilməsi məqsədilə 2012-ci ildə dövlət büdcəsindən bu məsələnin həllinə vəsaitin daha çox ayrılmasının vacibliyini qeyd edib.

Ç.Qənizadə vurğulayıb ki, nəinki deputat seçildiyi İmişli-Beyləqan rayonlarında, həmçinin respublikanın əksər bölgələrində bu problemlər yaşanmaqdadır:

“Həyətyanı sahələrdəki yaşıllıqlar və əkin sahələri getdikcə məhv olur. Hətta elə kəndlər vardır ki, əhali qrunt sularının yaratdığı problemlər ucbatından yaşadıqları kəndləri boşaltmaq məcburiyyətindədirlər. Kənd yollarının asfaltlaşdırılmasına ayrılan pullar bu işləri icra edən müvafiq təşkilatların hesabına vaxtında köçürülməlidir”.

Deputat qeyd edib ki, səhiyyəyə daha çox vəsaitin ayrılması və bununla əlaqədar kəndlərdə bir neçə kəndi birləşdirən kənd xəstəxanalarının bərpası, ayrı-ayrı kənd tibb məntəqələrinin ixtisaslı həkimlərlə təmin olunması məsələsi olduqca vacibdir. Eyni zamanda kənd yerlərində enerji problemi, işığın fasilələrlə verilməsi, gecə saatlarında işıqların səhərə qədər söndürülməsinin yolverilməz və utandırıcı bir fakt olduğunu bildirən millət vəkili, “Azərenerji”yə dövlət büdcəsindən ayrılan pulların xərclənməsinə nəzarətin gücləndirilməsini maliyyə nazirinin diqqətinə çatdırıb.

Ç.Qənizadə QHT-lərin xarici təşkilatlardan asılılığına son qoymaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılmasını xahiş edib. Həmçinin turizmin inkişafı və dövlət büdcəsinə gələn gəlirlərin artması məqsədilə dövlət qoruqları ərazilərində olan kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsini də məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb. O, bu məsələ ilə əlaqədar Maliyyə Nazirliyinin Nazirlər Kabineti qarşısında təşəbbüslə çıxış etməsini məqbul hesab edib.

Millət vəkili səhiyyə işçiləri və müəllimlərin əmək haqlarının artırılması, sovet dönəmindən banklarda yatıb qalmış əmanətlərin qaytarılması məsələsini qaldıran deputat həmkarları ilə həmrəy olduğunu bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı