Modern.az

Hadi Rəcəbli Azərbaycanda anadangəlmə əlilliyin səbəblərini açıqladı

Hadi Rəcəbli Azərbaycanda anadangəlmə əlilliyin səbəblərini açıqladı

19 Noyabr 2011, 10:18
Milli Məclisdə “Milli Qanunvericilikdə uşaq hüquqları: reallıqlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə qurumun Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda anadangəlmə əlilliklə bağlı maraqlı fakt açıqlayıb. Modern.az xəbər verir ki, tədbirdə komitə rəhbəri bildirib ki, Azərbaycanda anadangəlmə əlilliyin 70 faizi düzgün aparılmayan müalicə, 1-3 yaşlı uşaqların müalicəsi dövründə baş verən qüsurlar nəticəsində yaranır:
“Düzdür, bizdə ən çox qanunlar uşaqlarla bağlıdır. Ancaq bu sahədə müəyyən görüləcək işlər də var. Bu gün dünyanın 130-dan çox ölkəsində ərzağın tərkibi zənginləşdirilir. Hesab edirəm ki, bizdə də bu məsələyə baxmaq lazımdır. Çünki bu məsələ birbaşa uşaqların sağlamlığı ilə də bağlıdır”.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı