Modern.az

Qarabağ Rumuniya parlamentində

Qarabağ Rumuniya parlamentində

21 Noyabr 2011, 13:10

Avronest PA-nın enerji komitəsinin həmsədri, millət vəkili Fuad Muradov 20-23 noyabr tarixlərində Rumıniyada səfərdədir.

Bu gün komitə həmsədri Rumıniyada bir sıra görüşlər keçirib. Bu barədə Modern.az saytına deputat özü məlumat verib.

F.Muradov Rumıniya parlamentinin spikeri Roberta Anastase, Rumıniya parlamentinin Sənaye və xidmət komitəsinin sədri Iulian Iancu və parlamentin deputatı Viorel Constantinescu ilə görüşlər keçirib. İkitərəfli görüşlərdə Azərbaycan-Rumıniya əlaqələrinin inkişafı, parlamentlərarası dostluq qrupunun fəaliyyəti, müzakirə olunub. Rumıniya parlamentinin spikeri Roberta Anastase ilə görüş zamanı Avronest PA enerji komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf dinamikası yüksək olan ölkələr sırasındadır. Azərbaycanın əsas yaralı yeri olan ərazi bütövlüyü məsələsi barədə Rumıniya parlamentarilərini məlumatlandıran Fuad Muradov bildirib ki, bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal edilib, bir milyondan artıq vətəndaş öz doğma yurdlarından məcburi olaraq çıxarılıb. Fuad Muradov Azərbaycanın Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmə cəhdlərini diqqətə çatdırıb. Lakin Ermənistanın hətta BMT təhlükəsizlik şurasının qətnamələrinə məhəl qoymadığını və beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunu Rumıniya parlamentarilərinin diqqətinə çatdırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı