2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.
Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.
Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.
Artıq soyadları əlifba sırası üzrə ilk 75 deputatla bağlı sorğunu yekunlaşdırmışıq. Sırada yenə əlifba sırası ilə altıncı “15-lik”dir. Aşağıdakılardan kimin fəaliyyətini bəyənirsiniz?
1. Eldar Quliyev
2. Fərəc Quliyev
3. Rüfət Quliyev
4. Ülvi Quliyev
5. Mübariz Qurbanlı
6. Cavid Qurbanov
7. Yaqub Mahmudov
8. Abel Məhərrəmov
9. Rafiq Məmmədhəsənov
10. Elman Məmmədov
11. Elton Məmmədov
12. İqbal Məmmədov
13. İlham Məmmədov
14. Gülçöhrə Məmmədova
15. Əli Məsimli
P.S. Bazar ertəsi bu dəfəki sorğunun iştirakçı deputatlarının siyahısı tutularkən əlifba sırası ilə soyadların seçimində kiçik xətaya yol verilib. Millət vəkili İqbal Məmmədovun adı əlifba sıralamasına uyğun olaraq siyahıdan kənarda qalmışdı. Cüzi dəyişiklik etdikdən sonra siyahını Milli Məclisin saytındakı sıralamaya uyğun olaraq yenidən təqdim edirik. Bu səbəbdən də sorğu növbəti həftənin 1-ci günü deyil, 2-ci günü yekunlaşacaq. Yanlışlığa görə, oxuculardan üzr istəyirik.
Modern.az