Modern.az

İmamverdi İsmayılov: "Yekə oğlansan, özün də jurnalistsən, danışığını bil"

İmamverdi İsmayılov: "Yekə oğlansan, özün də jurnalistsən, danışığını bil"

23 Noyabr 2011, 13:59

Noyabrın 23-də Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunarkən deputatlar arasında mübahisə baş verib. Modern.az parlamentdən xəbər verir ki, deputat Etibar Hüseynov müzakirələr zamanı çıxış edərək Azərbaycanın Milli qəhrəmanların statusunun artırılmasını təklif edib.

Deputat eyni zamanda bildirib vaxtilə müharibədən qabaq qaçıb Bakıya gələn bəzi məcburi köçkünlər indi villalarda yaşayırlar. Amma kommunal xidmətlərə görə ödənişin vaxtı gələndə onlar müxtəlif vəsiqələr təqdim edib pul verməkdən yayınırlar. Ancaq Milli qəhrəmanların ailələrinin qazı, işiğı, suyu cüzi məblığə görə kəsilir.

Etibar Hüseynovun bu sözləri Qarabağ bölgəsini təmsil edən deputatlar Astan Şahverdiyev və İmamverdi İsmayılovun etirazına səbəb olub və onlar yerlərindən danışmağa cəhd ediblər. İmamverdi İsmayılov çıxış üçün söz istəsə də, spiker Oqtay Əsədov ona danışmağa imkan verməyərək deyib ki, növbəsinin çatmasını gözləməlidir.

Bu zaman İmamverdi İsmayılov yerindən üzünü Etibar Hüseynova tutaraq “yekə oğlansan, özün də jurnalistsən, ağzının danışığını bil” deməklə ona etirazını bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı