Modern.az

Fazil Mustafa: "Mən büdcənin əleyhinə səs verəcəm"

 Fazil Mustafa: "Mən büdcənin əleyhinə səs verəcəm"

Parlament

23 Noyabr 2011, 14:20

Milli Məclisdə büdcə müzakirələri zamanı millət vəkil Fazil Mustafa bildirib ki, İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadə əvvəlcədən büdcənin ictimai müzakirələrinin keçiriləcəyini söyləsə də, bu baş verməyib.
“Bu il ilk dəfə olaraq büdcə ilə bağlı məlumatlar Modern.az saytında yerləşdirildi, burda gizlədiləsi bir şey yoxdu”-deyə F.Mustafa qeyd edib..

Deputat deyib ki, büdcə iqtisadi sənətdən daha çox siyasi-ideoloji bir sənədə oxşayır.
“Burada hamı cəhd göstərir ki, güya büdcəmizin qeyri-neft sektorunda payı daha çoxdur,  neft sektorundan asılı deyil. Bu zaman isə siyasi məqsəd güdülür”.

Fazil Mustafa deyib ki, Azərbaycanda ümumiyyətlə qeyri-neft sektoru inkşaf etməyib, bu sahədə ciddi problemlər var.
“Büdcəmiz tamamilə neftin hesabına formalaşır. Burada hökümət üzvləri məlumat verdilər ki, bu il vergi sanksiyaların hesabına 120 milyon manat vəsait əldə olunub. Bu da onu göstərir ki, budcə sanksiyalar hesabına formalaşdırılır”.
 
Millət vəkili regionların sosial-iqtisadi inkşafına dair məsələyə də münasibət bildirib. O qeyd edib ki, “Regionların sosial-iqtisadi inkşafı ilə bağlı Dövlət Proqramı” olsa da, Azərbaycanın kəndləri acınacaqlı vəziyyətdədir.

Deputat daha sonra bildirib: “Əmanətlərlə bağlı açıqlama verildi, amma mən inanmıram ki, sovet dövründən banklarda qalan əmanətlər qaytarılsın. Çünki spiker Oqtay Əsədov məsələyə münasibət bildirsə də, hökümət nümayəndələri hansısa bir açıqlama vermirlər. Mən bu sənədin əleyhinə səs verəcəyəm”.

Spiker Oqtay Əsədov isə bildirib ki, sovet dövründən qalmış əmanətlərin qaytarılması məsələsi üzərində hökumət və Milli Məclis işləyir və bu məsələni təkrar müzakirəyə çıxarmağa ehtiyac yoxdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı