Modern.az

Bahar Muradova: “Bura Milli Məclisdir, hər kəs danışdığı sözün məsuliyyətini dərk etməlidir”

Bahar Muradova: “Bura Milli Məclisdir, hər kəs danışdığı sözün məsuliyyətini dərk etməlidir”

23 Noyabr 2011, 14:41

Modern.az saytının məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdəki büdcə müzakirələri zamanı deputatlar Etibar Hüseynovla İmamverdi İsmayılovun dialoquna münasibət bildirib. O, Etibar Hüseynovu danışdığı sözün məsüliyyətini dərk etməyə çağırıb: 

“Bura Milli Məclisdir. Burada hər kəs öz danışdığı sözün məsuliyyətini dərk etməlidir. Müxtəlif rayonlardan olan qaçqın və məcburi köçkünlər Bakıya şəhəri görmək üçün gəlməyiblər. Məcburiyyət qarşısında qalıblar, münaqişə baş verib və ona görə onlar burdadırlar. O hissləri yaşamayan insanlar onları heç vaxt başa düşə bilməz. Qaçqın ailəsinin burada özünə şərait yaradıb, villa tikməsi pis hal deyil. Bununla o dövlətin yükünü azladıb”.

B.Muradova eyni zamanda qacqınların qazpulu, işıqpulu verməmələrinə münasibət bildirirək qeyd edib ki, bu gün belə fakt var.
“Amma yerli sakinlərin içərisindən bəzilərinin hər cür imkanı var, ancaq kommunal xidmət haqları vermir. Əgər söhbət bundan gedirsə, o zaman buna qarşı birgə mübarizə aparmalıyıq”-deyə millət vəkili vurğulayıb.

Etibar Hüseynovun Milli qəhrəmanların statusunun artırılması ilə bağlı təklifinə cavab olaraq B.Muradova deyib: “Milli qəhrəmanlarla bağlı narazılığınız, təklifiniz varsa, konkret olaraq layihə formasında verin, biz baxıb qiymətləndirirək. Milli qəhrəmanlarla bağlı status var, onların statusu qanunvericiliklə müəyyən olunub və hesab edirəm ki, bu sahədə heç bir problem yoxdur”.

Deputat Etibar Hüseynov müzakirələr zamanı çıxış edərək Azərbaycanın Milli qəhrəmanların statusunun artırılmasını təklif edib. O, eyni zamanda bildirib vaxtilə müharibədən qabaq qaçıb Bakıya gələn məcburi köçkünlər indi villalarda yaşayırlar. Amma kommunal xidmətlərə görə ödənişin vaxtı gələndə onlar müxtəlif vəsiqələr təqdim edib pul verməkdən yayınırlar. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı