Deputat Fazil Mustafa noyabrın 24-də Milli Məclisdə keçiriləm nüzakirlər zamanı təklif edib ki, büdcə layihəsi müzakirələrinin formatını dəyişmək və başqa bir üslub seçmək lazsımdır.
Eyni zamanda deputat qeyd edib ki, bəzi məmurlar deputatlara yuxarıdan aşağı baxırlar, hətta onları aşağılayırlar, təhqir etməyə çalışırlar.
“Mən çox təssüf edirəm ki, maliyyə naziri Samir Şərifovun mənə qarşı belə bir söz işlətməyi deputatlara qarşı aşağlayıcı mövqedə olması deməkdir”.
Fazil Mustafa spikerdən bunla bağlı xahiş də edib: “Hörmətli spiker, sizdən xahiş edirəm ki, hökümət üzvləri ilə, nazirlərlə görüşəndə onların diqqətinə çatdırın, onlara izah edin ki, deputatlara yuxarıdan aşağı baxmaq, aşağılayıcı mövqedən yanaşmaq düzgün deyil”.
Spiker Oqtay Əsədov da deputat cavab verərək bildirib ki, o, həmişə bu məsələləri diqqətində saxlayır. Spiker onu da bildirib ki, deputatlar da hökumət nümayəndələrini başa düşməlidirlər:
“Çünki onlar 10 nəfərdir, biz isə 125 deputatıq. Onlara imkan yaratmalıyıq ki, bu məsələlərə aydınlıq gətirsinlər”.
Modern.az