Modern.az

Sabir Rüstəmxanlı: “Bir qrup adam yağ, bal içindədir, millət isə zillət çəkir”

Sabir Rüstəmxanlı: “Bir qrup adam yağ, bal içindədir, millət isə zillət çəkir”

24 Noyabr 2011, 16:20

Millət vəkili Fərəc Quliyev parlamentdəki büdcə müzakirələri zamanı qiymət artımına etiraz edib. Deputat ehtiyac meyarı ilə istehlak səbətinin dəyərinin artırılmasını təklif edib.

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, bəzi deputat həmkarları elə danışırlar, elə çıxışlar səsləndirirlər ki, elə bil aydan gəliblər, cəmiyyətdə gedən proseslərdən, cəmiyyətin vəziyyətindən xəbərləri yoxdur.

Sabir Rüstəmxanlı millət vəkili Ziyad Səmədzadəni ittiham edib: “Ziyad Səmədzadə özünü komitə sədri kimi yox, bir maliyyə işçisi kimi aparır. Reallıqları nəzərə almaq lazımdır”.

Deputat uşaqpulunun ləğv  olunmasına etiraz eləyib: “Hamımız uşaqpulu ilə böyümüşük, amma bu gün uşaqpulu ləğv olunub. Düşünürəm ki, bu çoxuşaqlılığın qarşısını almağa yönəlib. Mən bu siyasəti anlamıram. Biz bu millətin övladlarıyıq, heç kim istəməz ki, vətəndaşlarımız, əhalimiz pis yaşasın. Amma müqayisə aparmadan nəyəsə nail olmaq mümkün deyil. Prosesləri bir-birilə müqayisə eləmək lazımdır. Büdcə artır, amma insanlar yenə də pis yaşayırlar. Vətəndaşlarımız işsizlik ucbatından ölkədən çıxıb gedirlər, rayonları tərk edirlər şəhərə gedirlər. Bütün bunları nəzərə almaq lazımdır. Bir qrup adam yağ, bal içindədir, millət isə zillət çəkir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı