Modern.az

Sabiq deputatlar haradadırlar? (III yazı)

Sabiq deputatlar haradadırlar? (III yazı)

29 Noyabr 2011, 16:32

Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə seçkilərin bir ili tamam oldu. Son parlament seçkisindən sonra – ötən ilin 7 noyabrında üçüncü çağırış Milli Məclisin üzvləri olmuş 38 nəfər deputat mandatı ilə vidalaşmalı oldu.  Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri axtarıb, hal-əhval tutub.

Qeyd edək ki, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi bəzi sabiq deputatların yeni işlə təmin olunması məsələsini xeyli çətinləşdirib. Çünki sabiqlərdən bəziləri dövlət orqanlarında rəsmi vəzifəyə təyinat alacaqlarını gözləyirdilər. Amma onların yaş həddi artıq bunu əngəlləyir.

Modern.az saytı sabiq deputatların bir neçəsi ilə əlaqə saxlayaraq hazırda onların hansı işlə məşğul olduqlarını öyrənməyə çalışıb.

41 saylı Sumqayıt birinci seçki dairəsinin sabiq millət vəkil İkram İsrafilov saytımıza bildirib ki, 5 illik deputat fəaliyyətindən sonra işləmədiyi üçün millət vəkilinin əmək haqqının 80 faizi məbləğində müavinət alıb.
“Bir il müddətinə verilən həmin pulla birtəhər başımızı girləyirdik. Amma həmin müddət artıq başa çatır. Hələlik heç bir işlə məşğul olmuram. Hesab edirəm ki, işləmək lazımdır”.

81 saylı Beyləqan seçki dairəsinin sabiq deputatı Səfər Məmmədovun sözlərinə görə,  hələlik o da bekardı.
“Bizə mərkəzi aparatdan da, hökümətdən də deyilib iş veriləcək, amma hələki işsizəm. Bizə bir ildir ki. deputat maaşının 80 faizi məbləğində müavinət verilir, amma bu ayın sonundan onu da dayandıracaqlar”.
“Milli Məclisin fəaliyyətini izləyirsinizmi” sualına keçmiş millət vəkilinin cavabı belə olub:
“Əlbəttə izləyirəm, orada keçmiş həmkarlarım var, onlarla daim əlaqə saxlayıram. Münasibətlərim indi də qalır sabiq həmkarlarımla”.

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin sabiq deputatı Vidadi Məmmədov səhhətinin yaxşı olduğunu, işləmədiyini söyləyib: “Səhhətim yaxşıdır, hələki işləmək iqtidarındayam. Amma heç bir iş təklif olunmayıb, işsizəm”.
Keçmiş deputat deyir ki, indiki Milli Məclisin fəaliyyətini çox zaman televiziya vasitəsi ilə izləyir.
“Belədəki köhnə həmkarlarımla da aradabir zəngləşirik...”.

Modern.az

***
Əlaqəli yazılar:

Sabiq deputatlar haradadırlar..? (I Yazı)
//modern.az/articles/18392/1/

Sabiq deputatlar haradadırlar? (II yazı)
//modern.az/articles/18534/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı