Bu gün Modern.az saytının gerçəkləşdirdiyi deputat-tələbə əməkdaşlığına dair yazı müsabiqəsinin ilk qalibi mükafatlandırılıb.
Müsabiqəyə təqdim olunmuş yazıların arasından ən yaxşısını 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov seçib. Qalib tələbə Bakı Dövlət Universiteninin Jurnalistika fakültəsinin 4-cü kursunda təhsil alan Fatimə Kərimli elan olunub. Qalib tələbəyə Milli Məclisin deputatı Vahid Əhmədov tərəfindən noutbuk hədiyə edilib.
Xatırladaq ki, Vahid Əhmədov tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəmişdi. Nəticədə Fatimə Kərimlinin “Azərbaycanda tələbə olmağın özü elə tələbənin ilk problemidir” adlı yazısı (//modern.az/articles/17724/1/) qalib gəlib.
|
|
|
|
|
|
|
|
|
Modern.az