Modern.az

Milli Məclis dekabrın 6-da dövlət büdcəsinə yenidən baxacaq

Milli Məclis dekabrın 6-da dövlət büdcəsinə yenidən baxacaq

2 Dekabr 2011, 11:46


Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Parlamentdən Modern.az saytına bildirilib ki, növbəti plenar iclas gələn həftə, dekabrın 6-da olacaq. Modern.az saytı iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatı dəqiqləşdirib. Məlum olub ki, iclasın gündəliyinə 7 məsələ daxildir.

Dekabrın 6-da keçiriləcək iclasda Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Müzakirəyə çıxarılacaq sənədlərdən 4-ü büdcə zərfinə daxildir. Bunlar “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələridir.

Bundan başqa, deputatlar dekabrın 6-da Milli Məclisin xərclər smetasını, Hesablama Palatasının  smetasını, Vergilər Məcələsinə dəyişikliklə bağlı sənədi də müzakirəyə çıxaracaqlar.

Xatırladaq ki, parlamentin sonuncu iclasında Milli Məclis hökumətə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvləri tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi üçün 10 gün vaxt vermişdi. Budəfəki iclasda hökumət nümayəndələrinin deputatların təkliflərinə münasibət bildirəcəyi və büdcə zərfinin təsdiqlənəcəyi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı