Bu yaxınlarda Milli Məclisdə qarşılağdışım bir hadisəmi və ya nüansmı deyim, məni lap şok etdi. Həmin vaxt parlament komitələrindən birinin işlası keçirilməli və orada növbəti ilin büdcəsi mükazirə olunmalı idi. İclasa təxminən 20-25 dəqiqə qalmış olardı və artıq yavaş-yavaş deputatlar, həmin komitənin üzləri, jurnalistlər, Milli Məclis Aparatının bəzi əməkdaşları, iclasa dəvət olunmuş aidiyyatı dövlət qurumlarının yüksək çinli məmurları gəlməyə başlayırdılar. Elə bu dəm bir nəfər-özü də xanım parlamentari- bir qədər də ədalı, saymazyana görkəmdə iclas olacaq zala daxil oldu və kimlərsə dilucu, kimlərəsə sadəcə, başını tərpədərək salam verməklə, kimlərəsə də heç salam vermədən onun üçün ayrılmış kresloya tərəf getməyə başladı. Bu an isə məni şok edəcək həmin məqam-hadisə yaşandı. Millət vəkili adını daşıyan bu şəxs-xanım-parlamentari sanki heç nə olmamış kimi, qeyri-ciddi bir auditoriyada özünü hiss edirmiş kimi saqqız çeynməyə başladı. Daha doğrusu, saqqız çeynəyə-çeynəyə islas zalına daxil olduğu kimi, elə iclasın sonuna kimi də bu hərəkətlərini davam etdirdi...
Bəlkə də mənə irad uta bilərlər ki, burada qəribə, şoka səbəb ola biləcək axı, nə var ki? Dünyanın, elə demokratiyanın tam oturuşduğu Avropanın hər yerində insanlar hətta bəzən ictimai yerlərdə, rəsmi tədbirlərdə belə saqqız çeynəyir, burunlarını eşir və sair. Mən də həmin insanlarla razi ola bilərəm, ancaq bir şərtlə ki, hər şey elə həmin mədəni, demokratik cəmiyyətlərdə rəvan getdiyi kimi, bizdə də rəvan, ağrısız gedəydi. Yalnız o zaman bəlkə bizdə də buna göz yummaq olardı. Yeri gəlmişkən, bir müddət öncə Türkiyəyə səfərdən vətəninə geri dönən Fransa prezidentinin qardaş ölkənin Hava Limanında-rəsmi yolasalma mərasimində saqqız çeynəməsi orada böyük rezonansa,əsl qalmaqala səbəb olmuşdu,eyni zamanda, çox qürurlu olan qardaşlarımız tərəfindən Nikola Sarkozinin bu etikadan kənar addımı lazimi şəkildə öz qarşılığını almışdı. Odur ki, bizim cəmiyyət və toplum üçün də xarakterik olmayan bu məqamdan - ən azı rəsmi toplantları, oraya qatılanları nəzərdə tuturam - deputat mandatı daşıyan bir şəxsin, xüsusən də zərif cinsin nümayəndəsinin xəbərsiz olması və ya bunu qulaqardına vurması, olduğqca yolverilməz və qəbulolinmaz bir hərəkətdir. Hətta, deyərdim ki, millət vəkili adına ayıbdır.
Yenə də deyə bilərlər ki, əksətiyyətimiz evdən işə gedərkən həzmi-rabedən keçirdiyimiz ,yəni,tərkibində sarımsaq və soğan çox olan yeməklərin, yaxud, mədə-bağırsaq xəstəliyindən, o cümlədən, bəzi digər xəstəliklərdən əziyyət çəkənlərimiz ağızlarından gələn iyin qoxusu ətraflarındakı, ətrafımızdakıları pahatsız etməsin deyə, istəyərəkdən və ya istəməyərəkdən saqqız çeynəmək məcburiyyətində qalırıq. Bu, başadüşüləndir və bunu normal qəbul etmək olar. Amma oxuculara bir qədər qeyri-ciddi gəlməsin, həmin xanımın belə bir problemi olmadığı üçün- bir-iki dəfə ona yaxınlaşıb açıqlama almaq istəmişəm və onda belə bir problemin olduğunu hiss etməmişəm - saqqız çeynəyə-çeynəyə iclasa gəlməsi və axıracan da heş nə olmamış kimi özünü aparması, öz yanlış hərəkətini davam etdirməsi nə onun özünə, nə də təmsilçisi olduğu 125 nəfərlik parlamentə yaraşan bir hərəkətdir...Və odur ki, içi həmin o xanım-deputat qarışıq bütün parlamentarilərimiz bu cür məqamlara xüsusilə diqqət verməli, onların bu kimi hərəkətlərinin nə çür qarşılana biləcəyi və onlar haqda hansı təsəvvürlərin yaranacağı fərqində olmalıdır, bəziləri bunu etməyi bacarmaslar belə, yenə də ən azı 5 illik deputatlıqları müddətində özlərini buna məcbur etməli,özlərini buna qatlandırmalıdırlar...
Bu yerdə başqa bir məqamı da vurğulamaq istəyirəm. Parlament jurnalistliyi fəaliyyətim dövründə adlarını çəkmək istəmədiyim iki-üç millət vəkilinin (bunlar isə kişi parlamentarilərdir) parlament içlaslarında müzakirə olunan məsələlərlə, yaxud, cari məsələlərlə bağlı danışmadığının, ancaq hər zaman başqalarına yerdən söz atdıqlarının, hətta, Milli Məclis divarlarına yaraşmayacaq ifadələrlə başqalarına “sataşdıqlarının”, lağ-lağı edib 4 saatı birtəhər başa vurduqlarının şahidi də olmuşam. Bəli, mən heç də o fikirdə deyiləm ki, deputatlarımız sovetlər dövründə olduğu kimi, az qala hakim qarşısında dayanan müttəhim və yaxud, komandiri qarşısında “smirno” dayanan əsgərlər kimi daim hərəkətsiz vəziyyətdə olsunlar. Onların da demək, gülmək, zarafat etmək, replika atmaq və sair haqqı var, neçə ki, hamımızın belə bir haqqımız var. Ancaq bu yerdə eyni zamanda,onu da nəzərə almalıyıq ki, həmin şəxslərin sıravi insanlardan - bizlərdən fərqi odur ki, necə seçilmələrindən asılı olmayaraq xalqı, konkret bir bölgənin seçicisini təmsil erdirlər, yəni, 9 milyonun (?) içindən seçilmiş(?) 125 nəfərdən biridirlər...