Modern.az

Milli Məclisin iclas tarixi məlum oldu

Milli Məclisin iclas tarixi məlum oldu

9 Dekabr 2011, 12:51


Milli Məclisin növbəti plenar iclasının tarixi məlum olub. Parlamentdən Modern.az saytına bildirilib ki, iclas dekabrın 13-də keçiriləcək. İclasın gündəliyinə 7 məsələ daxildir.

Bunlardan 2-si son vaxtlar müzakirələr səbəb olmuş “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihələridir. Digərləri isə müxtəlif konvensiyalardır.

Deputatlar həmin sənədlərə plenar iclasda münasibət bildirəcəklər.
İclasın gündəliyinə daxil olan digər 5 məsələ müxtəlif konvensiyalarla bağlı sənədlərdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı