Modern.az

Ukraynada bir gündə iki azərbaycanlı deputatın kitabının təqdimatı olacaq

Ukraynada bir gündə iki azərbaycanlı deputatın kitabının təqdimatı olacaq

14 Dekabr 2011, 21:04

Ukrayna-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dəvəti ilə Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun beş üzvü dekabrın 15-dən 18-dək Ukraynaya səfər edəcək. Bu barədə Modern.az saytına Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzər işçi qrupunun rəhbəri Eldar Ibrahimov məlumat verib.

O qeyd edib ki, nümayəndə heyətinə deputatlardan İqbal Məmmədov, Rüfət Quliyev, Hüseynbala Mirəlamov, Elmira Axundova daxildir.

E.İbrahimov bildirib ki, Ukrayna Ali Radasının sədri Litfin hazırda Ukraynada olmadığı üçün onlar sədrin birinci müavini, Ali Radanın Beynəlxalq komissiyasının üzvləri, habelə Ukrayna-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşəcəklər.

Dekabrın 16-da Ukrayna Milli Akademiyasında “Ukrayna-Azərbaycan münasibətləri: müasir seçim” mövzusunda tədbir olacaq və orada Hüseynbala Mirəlimovun “Azərbaycan prezidentinin portreti” kitabının təqdimatı olacaq.

Bunun ardınca isə Kəhraba Yolu Müzeyində Azərbaycan xəritəsi və Heydər Əliyev portreti təqdim olunacaq. Burada isə Elmira Axundovanın Heydər Əliyevlə bağlı yazdıqları kitabların təqdimatı olacaq.

Dekabrın 17-də isə azərbaycanlı deputatları Azərbaycanın Ukraynadakı səfirliyində olacaqlar. Onlar səfirlik, habelə diaspor nümayəndələri ilə görüşəcəklər. İrsin şəhərində Zərifə Əliyeva adına parkda və müzeydə olacaqlar.

Sonda Eldar ibrahimov onu da bildirib ki, növbəti il Ukrayna Ali Radasının sədri Litfin Azərbayca səfər edəcək. Onun ardınca isə Ukrayna-Azərbaycan Parlementlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycana gələcəklər. O, bu kimi səfərlərin iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına öz tövhəsini verəcəyinə əmin olduğunu qeyd edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı