Modern.az

Deputatın iştirakı ilə YAP-ın rayon təşkilatının sədri seçilib (FOTOLAR)

Deputatın iştirakı ilə YAP-ın rayon təşkilatının sədri seçilib (FOTOLAR)

15 Dekabr 2011, 12:30

Dekabrın 14-də İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyası İsmayıllı rayon Təşkilatının VIII Konfransı keçirilib. Konfransda Milli Məclisin deputatları Novruz Aslanov, Hadi Rəcəbli, rayon İcra Hakimiyyətinin başçısı N. Ələkbərov, yerli hökumət strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri  və qonaqlar da iştirak ediblər.

Deputat N. Aslanov öz çıxışında YAP-ın yarandığı gündən bu günümüzə kimi dövlət quruculuğundakı uğurlarından, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlardan söhbət açıb. Dövlətçiliyin inkişafında partiyanın rolunu və görkəmli dövlət xadimi Heydər Əliyevin bu istiqamətdə gördüyü işləri önə çəkərək bundan sonra da bu siyasətin davam edəcəyini bildirib.  Rayon İcra Hakimiyyətinin başçısı N. Ələkbərov, millət vəkili H. Rəcəbli və digər natiqlər də konfransda çıxış ediblər.

Konfransda YAP İsmayıllı Rayon Təşkilatının sədrliyinə rayon icra hakimiyyəti başçısının müavini Əzizə Vahabova seçilib. Bundan başqa təhkilatın sədr müavinləri və digər strukturlarına da üzvlər seçilib.

 








Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!