Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub. Modern.az saytının məlumatına görə, parlamentarilər dekabrın 23-də yenidən toplaşacaq. Milli Məclisdən saytımıza verilən məlumata görə, budəfəki iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Belə ki, deputatlar öncə Sosial siyasət komitəsində müzakirəsi yekunlaşan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini gündəliyə çıxaracaqlar.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə tövsiyyə etdiyi Şəhərsalma və Tikinti Məcəlləsini müzakirə edəcəklər.
Milli Məclisin dekabrın 23-də müzakirəyə çıxaracağı 3-cü sənəd “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi olacaq. Ötən iclasda çəkişmələrə səbəb olan və birinici oxunuşdan keçən bu qanuna deputatlar yenidən münasibət bildirəcəklər.
Modern.az