Modern.az

Rəbiyyət Aslanova: “Əli Kərimilinin bu addımı radikalizmə yuvarlanmışlara imkan yaratmaq cəhdidir”

Rəbiyyət Aslanova: “Əli Kərimilinin bu addımı radikalizmə yuvarlanmışlara imkan yaratmaq cəhdidir”

22 Dekabr 2011, 16:37

Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  gənclərlə görüş keçirib. Görüşdə beynəlxalq prosesləri, diktator rejimlərinin aqibətlərindən danışan partiya sədri bunun Azərbaycandan yan keçməyəcəyini bildirib.

AXCP sədri gəncləri bu prosesi tezləşdirmək üçün aktiv olmağa, küçələrə, meydanlara çıxmağa səsləyib. Eyni zamanda Əli Kərimli demokratik dindar gənclərə səslənərək, onlarla əməkdaşlıq etmək niyyətində olduğunu da bildirib.

 “Məsələnini bu cür qoyluşu, bir siyasi partiya rəhbəririnin belə mövqedən çıxış etməsi cəmiyyət axili münasibətləri gərginləşdirmə və Azərbaycan gəncliyinin dini mənsubiyyətə görə fərdi cəbhələrə bölünməsi deməkdir“.

 Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Modern.az saytına açıqlamasında deyib.

Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha vurğulayan deputat ölkədə insanların dini etiqadlarının təmin olunması və vətəndaş azadlığının gerçəkləşməsi prinsipinin rəhbər tutulduğunu qeyd edib:

“Dinilik və dünyəvilik ikisi cəmiyyətin sabit inkişafını təmin edən, sosial ahəngin yayaranmasını şərtləndirən amillərdir. Azərbaycan gənciliyi bu gün dünyəvi demokratik dövlətin formalaşdığı bir məkanda yaşayır və fəaliyyət göstərir. Ölkəmizdə dünyəvilik dini əsaslara qarşı çıxmaq əsasında deyil, bu qardurmadan azad olma əsasında müəyyən edilir. Dünyəvi dövlətlərdə hər bir insan əmin olmalıdır ki, o dini institutlara müraciət etmədən də yaşaya bilər. 
"Cəmiyyətin sabahı üçün dindarların məsuliyyət hissi yaşaması, onlarla daha yüksək rifaha, uğurlara imza atması, digərlərinin bu cəmiyyətdən kənarlaşdırılması” kimi fikirlər  Azərbaycan gerçəkliyinin yanlış təhrifindən başqa bir şey deyil. Bu gün hər bir Azərbaycan gənci gözəl bilir ki, din və dövlətin biri-birindən ayrı olmasına baxmayaraq, dövlət tarixi köklərə malik olan, millətin bütövlüyünü və vahidliyini saxlayan ənənəvi dini maraqları qoruyur. Çünki, dövlət dindən ayrı olsa da, dövlət dindardan ayrı deyil".

R.Aslanova deyib ki, Azərbaycan dövləti milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir gəncin hüquq və azadlıqlarının təmin olunmasını ali məqsəd sayır.

"Bu baxımdan Azərbaycan gəncliyini dindar və qeyri-dindarlara bölən, onların dini hisslərinin manipuliyasiyasını  növbəti siyasi şoya çevirən Əli Kərimlinin “biz sabahımızı dindarlar, dini etiqadlı insanlarla görürük” deməsi olduqca yanlış fikirdir. Belə fikir siyasi partiya rəhbərinin siyasi mənəvi iflasıdır. Azərbaycan iqtidarı Azərbaycan gəncliyinmin tərəqqisi naminə böyük dövlət proqramları qəbul edir, onların dünyanın ən aparıcı universitetlərində təhsili üçün şərait yaradır. Sağlam həyat tərzinin formalaşması üçün böyük layihələr kerçəkləşdirir. Əli Kərimli isə bu gəncləri küçələrə aksiyalara qırıcılığa yönəldir. Müqayisə imkanı olan hər bir şəxs bu fəaliyyətlər arasındakı fəqri görməyə bilməz".

Rəbiyyət Aslanovanın sözlərinə görə, bu gün Azərbaycanda hər bir kəsin dini etiqad azadlığı təmin olunur və kiməsə qarşı “sən dindar deyilsən, bu və ya digər məsələdə iştirakın yolverilməzdir” mövqeyi ortaya qoyulmur:

“Dünyəvi dövlətdə din dövlət münasibətləri qanunla tənzimlənir. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək hüququ var. Lakin, insan ləyaqətini alçaldan cəmiyyət daxilində qarşıdurmaya aparan çağrışlar sabitliyimizi pozmaq istəyənlər öz cavabını almalıdır. Bu baxımdan, Əli Kərimilinin demokratik dindar gənclərə səslənərək onları öz ətrafına cəlb etmək istəyi əslində radikalizmə yuvarlanmış müəyyən qrupun fəaliyyətinə imkan yaratmaq cəhdidir. Bunun isə haradan qaynaqlandığı və  kimlərin mənafeylərinə xidmət etdiyi hər kəsə məlumdur”.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı