Modern.az

Ziyafət Əsgərov: "Xocalı soyqırımını tanımayan Fransa vətəndaşlarını da biz cinayətə cəlb etməliyik"

Ziyafət Əsgərov: "Xocalı soyqırımını tanımayan Fransa vətəndaşlarını da biz cinayətə cəlb etməliyik"

23 Dekabr 2011, 12:54

Fransa Milli Assambleyasında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsinin qəbul olunması Azərbaycan Milli Məclisin bu gün keçirilən iclasında sərt etirazla qarşılanıb.
Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov Fransa parlamentinin atdığı addıma Azərbaycanda da adekvat tədbir görülməsi təklifilə çıxış edib. Deputat bildirib ki, əgər sabah hansısa Azərbaycan tarixçisi Fransaya bir tədbirə dəvət olunsa və o, Parisdə qondarma “erməni soyqırımı”nın olmadığını bildirsə, cinayət məsuliyyətinə cəlb olunacaq.

“Onda gəlin biz də belə bir qərar qəbul edək ki, Azərbaycana gələn, Xocalı soyqırımını tanımayan Fransa vətəndaşları cinayət məsuliyyətinə cəlb olunsun”-deyə Ziyafət Əsgərov vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı