Modern.az

Fuad Muradov beynəlxalq foruma qatılacaq

Fuad Muradov beynəlxalq foruma qatılacaq

Parlament

26 Dekabr 2011, 13:37

Milli Məclisin deputatı Fuad Muradov Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Təşkilatı Gənclər Forumunun katibliyi tərəfindən təşkil olunmuş görüşdə iştirak etmək üçün  Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Islam tərəfdaşlığı çərçivəsində keçiriləcək tədbirdə qurumun mədəniyyətlərarası dialoq üzrə gələcək fəaliyyət planı, o cümlədən milli gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq.

Deputat Modern.az saytına bildirib ki, o, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri kimi toplantıya qatılaraq perspektivdə görülməsi nəzərdə tutulan işlər barədə məlumat və təkliflərini verəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR