Modern.az

Bayram günü hansi deputat seçiciləri ilə görüşəcək..?

Bayram günü hansi deputat seçiciləri ilə görüşəcək..?

29 Dekabr 2011, 10:48

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Milli Məclisin deputatlarının öz seçiciləri ilə görüşüb-görüşməyəcəkləri maraq doğurur.

"Artıq 3-4 gündür ki, deputatlar Yeni il bayramı ilə əlaqədar öz seçiləri ilə görüşlər keçirir”. Bu sözləri isə Modern.az saytına açıqlamasında Milli Məclisin məbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Bu istiqamətdə hansı millət vəkillərinin artıq iş gördüyünə gəlincə, parlament rəsmisi konkret ad çəkməyib:
“Nəinki Yeni illə əlaqədar, eyni zamanda bütün bayramlarda, əlamətdar və müqəddəs sayılan günlərdə də deputatlarımız öz seçildikləri dairələrə gedir və oranın insanları ilə görüşlər keçirir. Artıq bayram ərəfəsidir. Millət vəkilləri görüşlərə başlayıblar. Belə görüşlər ümumiyyətlə insanlarda bayram əhval-ruhiyyəsi yaradır. Konkret 31 dekabrda  hansı millət vəkillərinin görüşlər keçirəcəyi barədə dəqiq bir söz deyə bilmərəm”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR