Modern.az

Milli Məclis Fransa Senatına müraciət üçün komissiya yaratdı

Milli Məclis Fransa Senatına müraciət üçün komissiya yaratdı

30 Dekabr 2011, 12:23

Dekabrın 30-da Milli Məclis 2011-ci ildəki son iclasını keçirir. Modern.az saytının məlumatına görə, bugünkü iclasda parlament yenidən Fransa Milli Assambleyasının qondarma ““erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması” qanununun qəbulu məsələsinə qaydıb. Qərara alınıb ki, Azərbaycan Respublikasının Milli Məclisi adından Fransa Senatına müraciət hazırlanması üçün komissiya yaradılsın.

Komissiyanın sədri Mübariz Qurbanlı, üzvləri isə Əli Hüseynli, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahibə Qafarova, Vahid Əhmədov seçiliblər.

İclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, Fransa parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı sənədin qəbuluna etiraz edən Azərbaycan kifayət qədər sərt mövqe nümayiş etdirib, Xarici İşlər Nazirliyi bəyanat verib, Milli Məclis də öz mövqeyi ilə Türkiyəni dəstəkləyib. O.Əsədovun sözlərinə görə, dekabrın 24-də Baş nazir Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın dövlət başçısı Türkiyəyə bir daha dəstəyini ifadə edib. Spiker deyib ki, bütün bunlara baxmayaraq bəzi qəzetlər sözügedən məsələdə Azərbaycanın Türkiyəyə lazımi dəstək göstərmədiyini yazmaqla yanlış mövqe tutublar.

O.Əsədovun sözlərinə görə, Milli Məclis məsələyə daha sərt reaksiya bildirmək üçün Fransa Senatına müraciət hazırlanması məqsədilə komissya yaratmaqa qərar verib. O, TürkPA-nın da bu məsələdə aktiv fəaliyyət göstərməli olduğunu vurğulayaraq, qurumun Qazaxıstandan olan rəhbərliyinə müraciət edəcəyini söyləyib.

Fransa Milli Assambleyasının qəbul etdiyi qanun Senatda təsdiqlənməlidir. Azərbaycan Milli Məclisinin müraciətində Senatı qanunu təsdiqləməməyə çağıracağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR