Modern.az

Fransaya gedəcək deputatların adları açıqlandı

Fransaya gedəcək deputatların adları açıqlandı

19 Yanvar 2012, 11:41

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək.

 Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Milli Məclisin Mətbuat Xidmətinin  xəbərinə görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva,  Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.
Sessiyada İnsan Hüquqları Məsələləri üzrə Avropa Şurası Komissarının seçilməsi, Avropada demoqrafik tendensiyalar, Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əleyhinə Avropa Şurası Konvensiyasının inkişaf etdirilməsi, Avropada müsəlman qadınlar, hər kəsin mədəni həyatda iştirak hüququ, Belarusda vəziyyət, Ukraynada, Bosniya və Herseqovinada demokratik qurumların fəaliyyəti, Serbiya tərəfindən öhdəliklərin həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR