Modern.az

Azərbaycanlı deputat Avropada Fransanın qərarına qarşı danışıqlara başlayıb

Azərbaycanlı deputat Avropada Fransanın qərarına qarşı danışıqlara başlayıb

Parlament

25 Yanvar 2012, 10:13

Milli Məclisin deputatı Fuad Muradov Fransa Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qərarına münasibət açıqlayıb.

Deputat deyib ki, Fransa Senatı yanlış və ədalətsiz qərar qəbul etdi: “İnsan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən bu qərar Fransanın nüfuzuna, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən həmsədr ölkələrdən biri kimi obyektivliyinə kölgə salır. Tərəfsizliyi və obyektivliyi şübhə doğuran və ən əsası, Azərbaycan ictimaiyyətinin inamını doğrultmayan Fransanın ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biri kimi fəaliyyətinə dərhal xitam verilməlidir”.

 F.Muradov bu məqsədlə ATƏT-in Minsk Qrupunun üzvləri olan 11 ölkənin parlamentariləri, ictimaiyyəti, QHT-ləri, media nümayəndələri ilə iş aparmalıyıq: “Mən hazırda Brüsseldə iştirak etdiyim AVRONEST Parlament Assambleyasının iclasları zamanı avropalı parlamentarilərə bizim etirazımızı bildirir və gələcək addımlar barədə müzakirələr aparıram”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR