Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının tarixi məlum olub. Parlamentdən Modern.az saytına verilən məlumata görə, yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək.
Modern.az-a bildirilib ki, iclasın gündəliyinə 4 məsələ daxildir. Həmin məsələlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının yenidən təşkili;
- Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı Komissiyasının yenidən təşkili;
- Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının qanunvericilik işlər planı;
- “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi.
Modern.az