Modern.az

Azərbaycanlı deputat AŞ PA-da məruzəçi təyin edilib

Azərbaycanlı deputat AŞ PA-da məruzəçi təyin edilib

Parlament

26 Yanvar 2012, 09:23

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin xətti ilə daha bir problem üzrə məruzəçi təyin edilib.

Modern.az AzərTAc-a istinadən bildirir ki, azərbaycanlı deputata tapşırılan məruzə vacib ümumavropa probleminə həsr edilir. “Vətəndaşlıq almaq imkanları” adlanan məruzədə qoyulan problem inteqrasiyanın artdığı müasir dünyada xüsusi aktuallıq kəsb edir. 
Rafael Hüseynov hazırlayacağı yeni məruzə ilə bağlı deyib ki, müəyyən ölkələrdə ikili vətəndaşlıq qazanmaq çətin deyilsə də, bir sıra Avropa ölkələri emiqrantlara vətəndaşlıq vermək istiqamətində şərtləri il-ildən çətinləşdirir. Birinci nəsil emiqrantlara vətəndaşlıq verilməsində yaranan problemin fəsadlarını onların artıq Avropa ölkələrində dünyaya gəlmiş, amma doğulduqları ölkədə vətəndaşlıq əldə etmələri maneələrlə qarşılaşan uşaqlar daha artıq hiss edirlər. Vətəndaşlıq isə istənilən ölkədə problemsiz, mühafizə olunaraq yaşamaq, eyni zamanda siyasi hüquqlardan tam həcmdə istifadə edə bilmək üçün əsas şərtlərdəndir. Bu gün Avropada milyonlarla insanı düşündürən bu məsələ ilə bağlı geniş təhlillər aparılacaq. Həmçinin məruzədə vətəndaşlıq almaq prosedurunun şərtlərinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra təklif və ideyalar əksini tapacaq. Yeni məruzə bu ilin sonunda AŞPA-nın plenar iclaslarından birinin gündəliyinə salınacaq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR