Modern.az

Parlamentin yaz sessiyasının işlər planı açıqlandı - SİYAHI

Parlamentin yaz sessiyasının işlər planı açıqlandı - SİYAHI

30 Yanvar 2012, 14:45


Modern.az
saytının məlumatına görə, bu gün Milli Məclisin 2012-ci il yaz sesiyasının qanunvericilik işlər planı açıqlanıb. Qeyd edək ki, yaz sessiyasının ilk iclası fevralın 1-də başlayacaq. Modern.az Milli Məclisin mətbuat xidmətindən yaz sesiyasının qanunvericilik işlər planını əldə edib.
Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı aşağıdakı məsələlərdən ibarətdir:

1.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinin müzakirəsi - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Sosial siyasət və Mədəniyyət  komitələrinin birgə iclasında.

2. “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəsi - Regional məsələlər komitəsində.

3. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarını təmin edilməsi haqqında” qanun layihəsinin müzakirəsi - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrində.

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi  - Təhlükəsizlik və müdafiə komitəsində.

5. Azərbaycan Respublikası Rəqabət Məcəlləsi layihəsi  - İqtisadi siyasət komitəsində.

6. “Təhsil krediti haqqında” qanun layihəsi  - İqtisadi siyasət və Elm və təhsil komitələrində.

7. “Ekoloji ekspertiza haqqında” qanun layihəsi - Təbi ehtiyatlar, energetika və ekologiya komitəsində.

9. “Kənd təsərüfatı kooperasiyası haqqında” qanun layihəsi  - Aqrar siyasət və İqtisadi siyasət komitələrində.

10. “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi  - Regional məsələlər komitəsində.

11. “Ali təhsil haqqında” qanun layihəsi - Elm və təhsil komitəsində.

12. “Elm siyasəti haqqında” qanun layihəsi  - Elm və təhsil komitəsində.

13. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi  - Sosial siyasət komitəsində.

14. “Pasiyentin hüquqları haqqında” qanun layihəsi  - Sosial siyasət və İnsan hüquqları komitələrində.

15. Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri Milli Məclisin müvafik komitələrində

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR