Modern.az

ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı gündəmə gətiriləcək

ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı gündəmə gətiriləcək

5 Fevral 2012, 10:36

Bu ayın 23-24-də Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) XI qış sessiyası keçiriləcək.

Bu barədə Modern.az saytına Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib.

Deputat bildirib ki, sessiya zamann nümayəndə heyəti Xocalı soyqırımının 20 illiyi ilə bağlı məsələ qaldıracaq.

Sessiyada ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor və Avstriya parlamentinin sədri Barbara Prammer iştirak edəcəklər.
Bundan əlavə qış sessiyasında daimi, siyasi məsələlər və təhlükəsizlik, demokratiya və insan hüquqları, iqtisadi məsələlər, elm və ətraf mühit komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, sonuncu üç komitənin birləşmiş iclası keçiriləcək.
Sessiyada Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edəcək.

Modern.az 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR